Sizi deyib gələn müəlliflər

DokDok müstəqil media platformasıdır. Burada təmsil olunan filmlərlərin müəllifləri ayrı-ayrı dillərdə danışan, dünyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və sənədli film rejossyorlarıdır. Onlar çeşidli yaradıcılıq üslublarında işləsələr də, filmlərin xronomotrajından tutmuş, təqdimat dilinə qədər hər şey fərqli olsa da, hamısını biləşdirən bir cəhət var: onlar sadə insanlardan söhbət açır, hamıya tanış olan mövzulara toxunur və iddia edirlər ki, film qəhrəmanları ilk növbədə müəlliflərin özlərinə maraqlı gəlib. Biz isə ümid edirik ki, müəlliflərimizin personajları sizin diqqətinizə də yad görünməyəcək.

ətraflı

Premyera DAĞINTILAR ALTINDA BAYIRŞƏHƏR

Bakının tarix və memarlıq əhəmiyyətli Bayırşəhər məhəlləsində intensiv söküntülər başlayıb. Şəhərin tarixi yaddaşını saxlamaq uğrunda mübarizə aparan yerli sakinlərin, bir qrup memarın etirazlarına baxmayaraq dağıntıların miqyası genişlənir. Ekskavator çanağı tarixi binaları yerlə yeksan etməklə Azərbaycan paytaxtının özünəxas simasına, Bakının əsrlərlə formalaşan kimliyinə sarsıdıcı zərbələr endirir. 

Gələcək naminə

Parlamentə seçilsə də, mandatdan imtina etdi. Oqtay Kazımovun seçki əhvalatı

Planda Bayırşəhər 

Bakının tarixi binaları buldozerlərin polad caynaqları ilə üz-üzə qalıb. Bakı memarlığının bir qrup çılğın həvəskarı tarixin daş-qalağa, toz-torpağa dönməsinin qarşısını almağa çalışır 



Kəsişən Yollar 

Gürcüstanda avto-stopla edilən bir səyahət. Film yad insanlarla təsadüfi qarşılaşmalar, etibar və dil naşılığının acığına qurula bilən insan əlaqələri haqqındadır.


AZƏRBAYCANLI ROKKİ

Əsli Şəkidəndir, Moskvada doğulub, öz arzusunun ardınca uzaq Kaliforniyaya gedib. 

Dünyaya göstərəcək hekayətin var?