Dağıntılar altında Bayırşəhər
Bakının tarix və memarlıq əhəmiyyətli Bayırşəhər məhəlləsində artıq intensiv söküntülər başlayıb, şəhərin yaddaşı qəza altındadır. Ekskavator çanağına məruz qalan tarixi binalar, şəhərsalma toxuması və Bakının özünəxas kimliyi üçün yerli sakinlər və memarlar bir ildən çoxdur mübarizə aparsa da, dağıntıların miqyası getdikcə genişlənir. "Dağıntılar altında Bayırşəhər" sənədli filmi "Planda Bayırşəhər" filminin davamıdır.