DEMAQOQ 

Rusiyanın НТВ kanalında prodüser işini atıb, ucqar əyalətə üz tutdu. Ondan imtina edən dostlarını dördayaqlı sirdaşları əvəz etdi. Doğma dağlar arasında tənha həyata üstünlük verir. Deyir, rüşvətin kökünü o zaman kəsmək olar ki, insanlar onu verməkdən imtina etsin. Rəsmi idarələrə ərizəsində məhz belə də yazır - özüm rüşvət almıram, ona görə sizə də verməyəcəyəm. Elxan Mirzoyevun hekayəti rejissyor Elməddin Süleymanovun "Demaqoq" sənədli filmində